UFAZ-ın xaricdə təhsil alan tələbələri ilə canlı bağlantı qurulub

UFAZ-ın xaricdə təhsil alan tələbələri ilə canlı bağlantı qurulub Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) xaricdə təhsil alan tələbələri ilə canlı bağlantı yaradılıb.
Universitetin Kommunikasiya və Xarici Əlaqələr üzrə meneceri Cəmilə İsmayılzadə UFAZ-ın "Erasmus+" layihəsi üzrə xaricdə təhsil alan tələbələri Süleyman Qafarlı (Müluz, Fransa) və Aylin Ələkbərli (Alkala, İspaniya) ilə söhbətləşib. Müsahibədə tələbələrimizin qaldıqları ölkələrdə koronavirus ilə bağlı karantin rejimi, indiki həyat tərzi və digər məsələlər barəsində ətraflı danışılıb.
Qeyd olunub ki, tələbələr olduqları ölkələrdə təhsillərini onlayn şəkildə davam etdirirlər.

Tehsil-press.az

Oxşar xəbərlər