Çində koronavirusa yoluxanların sayı artdı
Çində son sutka ərzində daha 6 nəfər koronavirusa yoluxub, ölən yoxdur. Bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilir ki, virusa yoluxanlardan 2-si xaricdən gələn şəxslər, 4-ü isə yerli sakinlərdir.
Qeyd edək ki, dekabr ayından indiyədək Çində koronavirusdan 4 642 nəfər həyatını itirib, 84 303 yoluxma halı qeydə alınıb.
Tehsil-press.az
- Baxış: 4410
Xəbərin tarixi: 24.04.2020 / 14:56
-
Oxşar xəbərlər