Ədəbiyyat İnstitutunun əməkdaşları tədqiqat işlərini davam etdirirlər

Ədəbiyyat İnstitutunun əməkdaşları tədqiqat işlərini davam etdirirlər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları pandemiya dövründə elmi-tədqiqat fəaliyyətlərini davam etdirirlər.
Bu çətin dövrdə də onlayn qaydada “Ədəbi proses-2019” yaradıcılıq müşavirəsinə hazırlıq görülür, Əziz Mirəhmədov və Məhəmməd Hadi ilə bağlı məqalələr toplanılır.
“Azərbaycan altmışıncıları” kollektiv monoqrafiyasının, Molla Pənah Vaqifin həyatı və yaradıcılığından bəhs edən kitabın üzərində işlər aparılır.
Bundan başqa, “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının iki buraxılışı, Çingiz Aytmatovun həyatı və yaradıcılığı haqqında, “Əfzələddin Xaqani: həyatı və yaradıcılığı” və “Xanımana Əlibəyli: həyatı və yaradıcılığı” monoqrafiyaları nəşrə hazırlanır. Əmir Xosrov Dəhləvi haqqında əsər isə tamamlanmaq üzrədir.

Tehsil-press.az

Oxşar xəbərlər