
İlk belə vebinar Rumıniyanın İaşi Universitetinin müəllimi xanım Krina Leonun iştirakı ilə təşkil olunub. Krina Leon ADU-nun skandinaviyaşünaslıq ixtisasının III və IV kurs tələbələrinə məşhur Norveç yazıçısı və dramaturqu Henrik İbsenin həyatı, yaradıcılığı və onun Rumıniyada tanınması haqqında Norveç dilində təqdimat edib. Vebinarda Skandinaviya mərkəzinin baş mütəxəssisi Vüsalə Əfəndiyeva, Norveç dili müəllimləri Nigar Abdulkərimova və Aytən Məmmədova da iştirak ediblər.
Sonda tələbə və müəllimləri maraqlandıran suallar Krina Leon tərəfindən cavablandırılıb, müzakirələr aparılıb.
Tehsil-press.az