Maria Sklodovskaya-Küri təqaüd proqramı üzrə vebinar keçiriləcək

Maria Sklodovskaya-Küri təqaüd proqramı üzrə vebinar keçiriləcək Mayın 18-də saat 14:00-da Avropa Komissiyasının “Horizon 2020” proqramı çərçivəsində Maria Sklodovskaya-Küri təqaüd proqramı üzrə vebinar keçiriləcək.
Vebinar Maria Sklodovskaya-Küri təqaüd proqramı üzrə milli əlaqələndirici şəxs, Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin müdiri Zaur Həsənov tərəfindən “Facebook” sosial şəbəkəsində “AMEA Beynəlxalq Əməkdaşlıq” səhifəsi üzərindən həyata keçiriləcək və proqram üzrə layihələrə qoşulmaq üçün təlimatlar veriləcək.
Vebinarda iştirak etmək istəyənlər mayın 16-sı saat 23:00-a qədər qeydiyyatdan keçməlidirlər. Vebinara qoşulmaq üçün link iştirakçıların email ünvanlarına göndəriləcək.
Maraqlananlar əlavə məlumat üçün AMEA-nın Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinə müraciət edə bilər.
Email: [email protected] , [email protected]

Tehsil-press.az

Oxşar xəbərlər