Nyu-Yorkda 100-dək uşaq təhlükəli xəstəliyə yoluxub

Nyu-Yorkda 100-dək uşaq təhlükəli xəstəliyə yoluxub Nyu-Yorkda 100-dək uşaq koronavirusla əlaqəli olduğu düşünülən təhlükəli sindroma yoluxub.
Bu barədə qubernator Endryu Kuomo bildirib. Onun sözlərinə görə, artıq yeni sindromdan 5-7 yaşlı iki oğlan və 18 yaşlı qız dünyasını dəyişib. Ağır iltihab xəstəliyinə 5-9 yaşlı uşaqların 29%-i, 10-14 yaşlı uşaqların 28%-i, 1-4 yaşlı uşaqların 18%-i, 15-19 yaşlı uşaqların 16%-i tutulub.
Kuomonun sözlərinə görə, yeni simptomların koronavirusla bağlılığı tam sübut olunmasa da, Covid-19-dan daha təhlükəli olması barədə tendensiya mövcuddur.

Tehsil-press.az

Oxşar xəbərlər