Memarlıq və İncəsənət İnstitutunda kitab nəşri sahəsində işlər davam etdirilir

Memarlıq və İncəsənət İnstitutunda kitab nəşri sahəsində işlər davam etdirilir AMEA Memarlıq və İncəsənət İnstitutunda xüsusi karantin rejimi dövründə kitab nəşri sahəsində işlər davam etdirilir.
İnstitutda dünya şöhrətli rəssam, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, SSRİ Xalq rəssamı, akademik Tahir Salahovun iştirakı ilə keçirilmiş yubiley elmi sessiyasının materialları əsasında “Tahir Salahov-90. Yaradıcılığının əsas mərhələləri” adlı kitab nəşrə hazırlanır. Kitaba AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin, Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadənin, elmi işlər üzrə direktor müavini, dosent Xəzər Zeynalovun, Dekorativ-tətbiqi sənət və heraldika şöbəsinin əməkdaşı, dosent Gülrəna Mirzənin, habelə Xalq rəssamı Ağaəli İbrahimovun məqalələri daxil edilib. Hazırda kitab üzərində tamamlama işləri gedir.

Tehsil-press.az

Oxşar xəbərlər