Ulu Öndərin irsinin tədrisi ilə bağlı müzakirələr aparılıb

Ulu Öndərin irsinin tədrisi ilə bağlı müzakirələr aparılıb AMEA Fəlsəfə İnstitutunun alimləri Bakı şəhəri 187 saylı orta məktəbin kollektivi tərəfindən “Tədris prosesində Heydər Əliyev irsinin şagirdlərə mənimsədilməsi yolları” mövzusunda keçirilən onlayn seminarda çıxış ediblər.
Tədbirə ziyalılar və ictimai xadimlər, çoxsaylı müəllim və şagirdlərlə yanaşı, bölgələrdən pedaqoji kollektivlərin nümayəndələri də qatılıblar. Seminarda pedaqoji heyət tərəfindən Fəlsəfə İnstitutu alimlərinin çıxışları dinlənilib. İnstitutun Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov Ulu Öndərin zəngin siyasi irsinin gənc nəslə mükəmməl şəkildə öyrədilməsində və bu irsin dərki prosesində tədqiqat-tədris və təbliğat prosesinin vəhdətinin səmərəliliyindən danışıb, bu əlaqələrin sıx şəkildə qurulmasının vacibliyini müxtəlif aspektlərdən izah edib. Fəlsəfə İnstitutunun əməkdaşı Asiya Əhmədova dünya siyasətçilərinin nəzərində Heydər Əliyev müdrikliyinin özünəməxsusluğundakı məqamları nəzərə çatdıraraq, şagirdlərin vətənpərvərliyində Heydər Əliyev dühasının milli və bəşəri xəzinə kimi rolunu əsaslandırıb. Sonra Ulu Öndərin irsinin tədrisi ilə bağlı bir sıra müəllimlərin çıxışları dinlənilib, maraqlı müzakirələr aparılıb.
Sonda şagirdlərin əl işləri konfrans iştirakçılarına nümayiş etdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər