Meksikada da rekord göstərici qeydə alındı

Meksikada da rekord göstərici qeydə alındı Meksikada son sutka ərzində koronavirusa yoluxanların sayı 2 414 nəfər artaraq 51 633-ə çatıb. Bu, xəstəliyin yayılmağa başlamasından indiyədək ölkədə qeydə alınan ən yüksək göstərici olub.
Bunu ölkənin Səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel keçirdiyi mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, son 24 saat ərzində 155 nəfər koronavirusun qurbanı olub. Bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 332-yə yüksəlib.
Hazırda ölkədə 10 913 aktiv koronavirus xəstəsi var. Onlardan 378-nin vəziyyəti ağırdır. 35 388 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.

Tehsil-press.az

Oxşar xəbərlər