UNEC-də yaz imtahan sessiyasının qaydaları təsdiqlənib

UNEC-də yaz imtahan sessiyasının qaydaları təsdiqlənib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yaz imtahan sessiyasının keçirilməsi qaydaları təsdiqlənib.
Qaydalara əsasən, imtahan sessiyası iyunun 8-dən iyulun 7-dək keçiriləcək.
Yaz imtahan sessiyasında imtahan vermək üçün bakalavr və magistrantlara 3 seçim imkanı verilir. Bütün imtahanlar distant formada keçirilir.
Təhsil alanlara onların fərdi müraciətləri əsasında cari ilin avqust – sentyabr aylarında ənənəvi üsulla imtahan təşkil edilir. İmtahandan öncə istəklərinə uyğun olaraq tələbələrə 3-4 həftə ərzində Bakı şəhərində ənənəvi üsulla ödənişsiz icmal mühazirələr təşkil edilir. Bununla bağlı tələbələrin müraciətləri iyunun 5-dək qəbul edilir.
Növbəti tədris ilində ödənişsiz qaydada fənləri alt qruplarda ənənəvi qaydada dinləmək və imtahan vermək imkanı yaradılır. Bununla bağlı tələbələrin müraciətləri iyunun 5-dək qəbul edilir.

Tehsil-press.az

Oxşar xəbərlər