BDU-da onlayn elmi seminar: “XVI-XVII əsrlərdə Habsburqlar və Səfəvilərin diplomatik əlaqələri”

BDU-da onlayn elmi seminar: “XVI-XVII əsrlərdə Habsburqlar və Səfəvilərin diplomatik əlaqələri” Bakı Dövlət Universitetinin (BDU) tələbələri və gənc tədqiqatçıları üçün Slovakiya Respublikası Komenski adına Bratislava Universitetinin professoru Lukas Ribarın təqdimatında “XVI-XVII əsrlərdə Habsburqlar və Səfəvilərin diplomatik əlaqələri” mövzusunda onlayn elmi seminar keçirilib.
Videobağlantıya qoşulan rektor Elçin Babayev məruzəçi və onlayn elmi seminarın mövzusunun əhəmiyyəti haqqında məlumat verib.
Professor Lukas Ribar İran və Qafqaz ölkələri haqqında apardığı elmi tədqiqatlar, XVI-XVII əsrlərdə Avropa ilə Şərq ölkələri arasında diplomatik əlaqələrin xüsusiyyətləri, Habsburq sülaləsi ilə Səfəvilər dövləti arasında qurulmuş ittifaq, Azərbaycan Səfəvilər dövlətinin Avropa ölkələri ilə ticarət əlaqələri, Habsburqların Səfəvilərə, Səfəvilərin isə Avropaya göndərdikləri elçiliklər, Avropa mənbələrində rast gəlinən bir sıra faktlar - Səfəvilər dövlətinin adının müxtəlif adlarla, xüsusilə Qızılbaşlar adı ilə, hökmdarların adları yerinə isə Böyük Səfi yazılması və digər məlumatlar barəsində təqdimatla çıxış edib.
Qeyd edilib ki, “Microsoft Teams” platforması üzərindən təşkil olunmuş elmi seminar Tarix fakültəsinin dosenti Azad Rzayevin moderatorluğu ilə davam edib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər