Tələbə və gənc tədqiqatçıların birinci beynəlxalq elmi konfransları onlayn keçiriləcək

Tələbə və gənc tədqiqatçıların birinci beynəlxalq elmi konfransları onlayn keçiriləcək Bakı Ali Neft Məktəbində tələbə və gənc tədqiqatçıların birinci beynəlxalq elmi konfransları onlayn keçiriləcək.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş və bu il ilk dəfə beynəlxalq səviyyədə keçirilən elm konfranslar iyunun 8-11-də baş tutacaq.
Konfransların Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunması müasir Azərbaycanın və ölkəmizin neft strategiyasının banisi olaraq Ulu Öndərin şəxsiyyətinə hörmətin təzahürüdür.
Builki konfrans əvvəlki illərdə təşkil olunan ənənəvi konfranslardan formatına və miqyasına görə fərqlənir. Dünyada geniş yayılan koronavirus (COVID-19) pandemiyası səbəbi ilə bu il konfransların təyin olunan vaxtda və formatda təşkili mümkün olmayıb.
İyunun 8-də açılışı olacaq “Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” adlı konfrans “Ekoloji problemlər və biotexnologiya”, “Neft-qaz və neft-kimya prosesləri”, “Mütərəqqi materiallar və polimerlər” mövzusuna həsr olunacaq.
İyun 8-11-də “Qazıntı və bərpaolunan enerji” konfransında “Neft çıxarma və nəql etmə prosesslərində enerji qoruma texnologiyaları”, “Neft hasilatı sistemlərində ekoloji problemlər və onların həlli yolları”, “Karbohidrogen laylarının işlənməsində multidissiplinar yanaşma”, “Neft-qaz kəşfiyyatında hövzə analizi”, “Quyuların istismarının və layların işlənməsinin təkmilləşdirilməsi vasitəsilə hasilatın optimallaşdırılması”, “Bərpa olunan enerji”, “Quyuların planlaşdırılmasının və qazma əməliyyatlarının təkmilləşdirilməsi”, “Neft-qaz mühəndisliyi: Effektiv maliyyələşdirilmə” mövzuları müzakirə olunacaq.
“Proseslərin Avtomatlaşdırılması və İnformasiya Təhlükəsizliyi – 2020” adlı konfrans iyunun 10-11-də təşkil olunacaq.
Konfransın mövzuları “İnformasiya, ölçmə, mexatronika və idarəetmə sistemləri”, “Sistemli analiz, modelləşdirmə və verilənlərin emalı”, “Sənaye şəbəkələrində informasiya təhlükəsizliyi və Kibertəhlükəsizliyin problemləri”, “İrihəcmli verilənlərin, maşınla öyrətmənin və süni-intellektin sənayedə tətbiqi”dir.
Konfranslara Azərbaycanın ayrı-ayrı təhsil müəsissələri ilə yanaşı, İran, Rusiya, Gürcüstan kimi ölkələrdən də tələbə və gənc tədqiqatçılar tezislər təqdim edib.

Tehsil-press.az

Oxşar xəbərlər