Ermənistanın güc strukturlarının rəhbərləri dəyişdi

Ermənistanın güc strukturlarının rəhbərləri dəyişdi Ermənistan Prezidenti Armen Sarkisyan ölkənin güc strukturlarının rəhbərlərini dəyişib.
Dövlət başçısının imzaladığı müvafiq fərmanlara əsasən Aqişti Kyaramyan Dövlət Təhlükəsizliyi Xidmətinin direktoru, Vaqe Qazaryan Polis rəisi, Onik Qasparyan isə Baş Qərargah rəisi vəzifəsinə təyin olunub.
Müvafiq sənədlər Prezidentin saytında yerləşdirilib. Təyinatlar ölkənin Baş Nazirinin təklifi əsasında təsdiqlənib.
Aqişti Kyaramyan postda Eduard Martirosyanı, Onik Qasparyan Artak Davtyanı, Vaqe Qazaryan isə Arman Sarkisyanı əvəzləyib.

Tehsil-press.az

Oxşar xəbərlər