ADU-da yaz semestrinin imtahan sessiyası izlənilib

ADU-da yaz semestrinin imtahan sessiyası izlənilib İyunun 12-də Azərbaycan Dillər Universitetində (ADU) 2017/2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə KİV nümayəndələrinin iştirakı ilə mediatur təşkil olunub.
“Respublika”, “Azərbaycan müəllimi”, “Səs”, “İki sahil”, “525-ci qəzet”, “Həftə içi” qəzetlərinin, Moderator.az, Axar.az, Azedu.az, Tehsil-press.az və digər saytların nümayəndələri imtahan otaqlarına baxış keçirərək, imtahanın gedişatı ilə tanış olublar.
Monitorinq başa çatdıqdan sonra imtahanlarla bağlı təkliflər səsləndirilib, fikir mubadiləsi aparılıb. Universitetin Tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev imtahan sessiyasının gedişi barədə ətraflı məlumat verib.
Ə.Abdullayev bildirib ki, 2017/2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla tərəfindən müvafiq əmr imzalanıb: “İmtahan sessiyası əyani şöbədə 1 iyun 2018-ci il tarixində başlayıb, 7 iyul 2018-ci ilədək davam edəcək. İmtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 2 saat müəyyənləşdirilib”.
O, qeyd edib ki, əmrdə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunaraq beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, sessiya dövründə fənn müəllimlərinin və imtahan nəzarətçilərinin müvafiq izahat işləri aparması, eyni zamanda sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək etmək məqsədi ilə tələbə təşkilatlarının imtahanın keçirilməsində iştirakını təmin etmək kimi məsələlər də nəzərdə tutulub.
Ə.Abdullayev vurğulayıb ki, ADU-da 2017/2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə Operativ Qərargah fəaliyyət göstərir, eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib.
Ə.Abdullayev imtahanların təşkili, yoxlama prosesi, biletlərin strukturu haqqında danışıb. Prorektor, həmçinin imtahan nəticələrindən narazı olan tələbələrin apelyasiya şikayəti vermək hüquqlarından söz açıb. O, ADU-nun qapılarının daim hər kəs üçün açıq olduğunu deyib: “Bu universitet həmişə açıq olub. Növbəti günlərdə də valideynlər imtahan prosesini izləyəcəklər. ADU-nun Tələbə Gənclər Təşkilatı (TGT) bu prosesdə yaxından iştirak edir”.

ADU-nun Mətbuat Xidməti


ADU-da yaz semestrinin imtahan sessiyası izlənilib
ADU-da yaz semestrinin imtahan sessiyası izlənilibADU-da yaz semestrinin imtahan sessiyası izlənilibADU-da yaz semestrinin imtahan sessiyası izlənilibADU-da yaz semestrinin imtahan sessiyası izlənilibADU-da yaz semestrinin imtahan sessiyası izlənilibADU-da yaz semestrinin imtahan sessiyası izlənilibADU-da yaz semestrinin imtahan sessiyası izlənilibADU-da yaz semestrinin imtahan sessiyası izlənilibADU-da yaz semestrinin imtahan sessiyası izlənilibADU-da yaz semestrinin imtahan sessiyası izlənilibADU-da yaz semestrinin imtahan sessiyası izlənilibADU-da yaz semestrinin imtahan sessiyası izlənilibADU-da yaz semestrinin imtahan sessiyası izlənilib

Oxşar xəbərlər