
İmtahanlar onlayn formatda şifahi aparılır. Tələbələrə imtahanların başlamasına 15 gün qalmış hər fənn üzrə 25 sual təqdim olunub. Onlar bu suallardan istədiyi 5 sualı cavablandırıb qiymət ala biləcək.
Bakalavrların biliyinin qiymətləndirilməsində ilk dəfə olaraq fənn müəllimləri ilə yanaşı, 2-ci kurs əlaçı magistrantlar arasından seçilən tələbələrin də rəyi nəzərə alınacaq.
İmtahanlar iyulun 10-dək davam edəcək.
Tehsil-press.az