Azərbaycan Dillər Universiteti: I növbə təşkil olunan imtahanlarda 635 tələbə onlayn imtahan verib

Azərbaycan Dillər Universiteti: I növbə təşkil olunan imtahanlarda 635 tələbə onlayn imtahan verib Azərbaycan Dillər Universitetində (ADU) 2019-2020-ci tədris ilinin yaz imtahan sessiyası bu gün başlanıb.
İmtahanlar hər üç korpusda 3 növbədə saat 10:00-dan 18:00-a qədər əvvəlcədən hazırlanmış, internetlə təchiz olunmuş otaqlarda, sanitar-gigiyenik qaydaları, sosial məsafəni qorumaq şərti ilə keçirilir.
Ümumilikdə 366 qrup üzrə 872 fəndən imtahan davamedici fənlərlə bağlı verilmiş qərara əsasən 529 fənn olmaqla 40 faiz azalıb.
Gün ərzində hər 3 tədris binasında təxminən 1500-ə yaxın tələbə onlayn imtahan verir.
Bu günə olan statistik nəticələrə görə, I növbə təşkil edilən imtahanlarda 635 tələbə onlayn imtahan verib, kəsilən tələbə olmayıb. Ən yüksək bal toplayan tələbənin imtahan nəticəsi 100 bal, ən aşağı bal toplayan tələbənin imtahan nəticəsi isə 62 bal olub.
Yaz imtahan sessiyası iyulun 5-dək davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər