Bakı Slavyan Universitetində “Gələcəyin diplomatları” layihəsi keçiriləcək

Bakı Slavyan Universitetində “Gələcəyin diplomatları” layihəsi keçiriləcək Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyinin dəstəyi və bu ali məktəbin Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Gənc Diplomatlar Klubunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasının 101-ci ildönümünə həsr olunmuş “Gələcəyin diplomatları” layihəsi keçiriləcək. Qeyd edək ki, layihənin hədəf qrupu bakalavrlar və magistrantlardır.
Layihə çərçivəsində 9-13 iyul tarixlərində müxtəlif mövzularda onlayn formada görüşlər həyata keçiriləcək. Layihədə iştirak edən gənclər üçün “Azərbaycan diplomatiyası və xarici siyasəti” , “Diplomatiyanın əsasları, vəzifələri”, “Münaqişələrdə diplomatiyanın effektivliyi” və bu kimi müxtəlif mövzularda onlayn təlimlər təşkil ediləcək.
Layihədə iştirak edənlər sertifikatla mükafatlandırılacaq.
Son qeydiyyat tarixi 8 iyul 2020-ci il saat 12:00-dir.
Qeydiyyat linki:
https://docs.google.com/forms/d/e/1FAIpQLSdJJZ8YKNQdnDCL8zy9h26VM5258AI7t6CTPSATnYIDU9GUCA/viewform?usp=sf_link

Tehsil-press.az

Oxşar xəbərlər