Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə virtual infotur təşkil edilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə virtual infotur təşkil edilib Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə “Azərbaycan universitetlərinə virtual infotur” layihəsi çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə həsr olunmuş videokonfrans keçirilib.
Layihənin məqsədi abituriyentlərə gələcək ixtisas və ali məktəb seçimlərində yaxından kömək göstərmək, rəqəmsal texnologiyanın imkanlarından istifadə etməklə onların suallarının universitet nümayəndələri tərəfindən cavablandırılmasına şərait yaratmaqdır. Həmçinin ali təhsil müəssisələrinin ixtisaslaşdığı istiqamətlər üzrə tələbələr üçün yaradılan şərait və imkanları abituriyentlərə təqdim etməkdir.
Mədəniyyət və İncəsənət Universitetinin onlayn təqdimatına həsr olunan tədbirdə ali məktəbin tədris işləri üzrə prorektoru Validə Məmmədova, elm və yaradıcılıq işləri üzrə prorektor Sədaqət Əliyeva, mətbuat katibi Elçin Cəfərov, Teatr sənəti, Kino və televiziya, Rəssamlıq, Musiqi sənəti, Kulturologiya fakültələrinin dekanları Ellada Hüseynova, Elnur Mehdiyev, Sevil Kərimova, Nərmin Qaralova, Vasif Adilov, həmçinin “SABAH” qruplarının rəhbəri Böyükxanım Məmmədbəyova iştirak ediblər. ADMİU-nun nümayəndələri universitetin tarixi, strukturu, fəaliyyət istiqamətləri haqqında məlumat verib, sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırıblar.

Tehsil-press.az

Oxşar xəbərlər