Elm və incəsənət sahəsində Vulf Mükafatı elan edilib

Elm və incəsənət sahəsində Vulf Mükafatı elan edilib 2021-ci il üçün tibb, fizika, kimya, eləcə də musiqi sahəsində Vulf Mükafatı (Wolf Prize) elan edilib. Bu mükafat 1978-ci ildən milliyyətindən, irqindən, dinindən, siyasi durumundan, cinsindən asılı olmayaraq bəşəriyyətə və xalqlar arasındakı dostluq münasibətlərinə faydalı töhfələr vermiş tanınmış incəsənət və elm adamlarına verilir.
Bu barədə AMEA məlumat yayıb. Bildirilir ki, hər bir sahə üzrə mükafat diplom və 100.000 ABŞ dolları məbləğində müəyyən edilib. Mükafata qrup halında layiq görüldükdə o, qaliblər arasında bölünür.
Mükafat müəssisəyə deyil, şəxslərə verilir. İddiaçı özünü təqdim edə bilməz. Namizədlərin sənədləri sentyabrın 10-dək qəbul olunur.
Qeyd edək ki, Vulf Mükafatı Yerusəlim şəhərində İsrailin Prezidenti tərəfindən sahiblərinə təqdim olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər