Bakı Dövlət Universiteti alimlərinin məqaləsi beynəlxalq jurnalda dərc olunub

Bakı Dövlət Universiteti alimlərinin məqaləsi beynəlxalq jurnalda dərc olunub Bakı Dövlət Universitetinin (BDU) professoru Rövşən Xəlilovun və dosenti Aygün Nəsibovanın həmmüəllifi olduqları ingilis dilində “Bioloji sistemlərdə özünü təşkil edən maqnit nanohissəciklərinin təhlili üçün maqnit nüfuzluğunun ölçülməsindən istifadə” adlı məqalə “Springer” nəşriyyatının “NATO Science for Peace and Security Series B: Physics and Biophysics (NAPSB)” nəşrlər seriyasına daxil olan “Nanoscience and Nanotechnology in Security and Protection against CBRN Threats” jurnalında dərc olunub.
Məqalədə Abşeronun ekoloji çirklənmə dərəcələrinə görə fərqlənən müxtəlif ərazilərinə xas olan bioloji sistemlərdə superparamaqnit dəmir oksidi nanohissəciklərinin (SPİON) yaranmasının təhlilini vermək üçün maqnit nüfuzluğunun (MN) ölçülməsi və EPR üsullarından istifadə edilib. Müxtəlif üsulların köməyi ilə alınan nəticələrin bir-biri ilə korrelyasiya etdiyi müəyyən olunub.

Tehsil-press.az

Oxşar xəbərlər