Azərbaycan Universitetində “Açıq qapı” günləri başlayır

Azərbaycan Universitetində “Açıq qapı” günləri başlayır Azərbaycan Universiteti I, II və III ixtisas qruplarına sənəd verən abituriyentləri və onların yaxınlarını “Açıq qapı” günlərinə dəvət edir. “Açıq qapı” tədbirləri aprelin 17-dən avqustun 19-dək cümə axşamı günləri saat 10.00-dan 16.00-dək keçiriləcək.
İştirakçılar üçün tədris binasına infotur təşkil olunacaq, onlar növbəti tədris ili üçün qəbul aparılan ixtisaslar, keçid balları, təqaüd və xaricdə təhsil imkanları, universitetin beynəlxalq əlaqələri, tələbə həyatı, həmçinin seçmək istədikləri ixtisasın karyera imkanları haqqında ətraflı məlumat ala biləcək, professor-müəllim heyəti ilə söhbət edə biləcək, onları maraqlandıran suallarla Abituriyent Məsləhət Mərkəzinin əməkdaşlarına müraciət edə biləcəklər. Dövlət İmtahan Mərkəzi ilə Azərbaycan Universiteti arasında əldə edilmiş razılığa əsasən yaradılmış mərkəz ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədilə ödənişsiz əsaslarla fəaliyyət göstərir.
“Açıq qapı” günlərində iştirak etmək istəyən abituriyentlər və yaxınları əvvəldən qeydiyyatdan keçməlidirlər. Universitetin tədris binasına daxil olarkən şəxsiyyət vəsiqəsini təqdim etmək mütləqdir.
Qeydiyyat üçün tel.: (+99412) 431 41 12 (daxili 133) Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 Sayt: www.au.edu.az E-poçt: [email protected] , [email protected] Rəsmi Facebook səhifəsi: www.facebook.com/AzerbaycanUnv

İctimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Universitetində “Açıq qapı” günləri başlayır

Oxşar xəbərlər