Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev pandemiyanın ən azı 2 il davam edəcəyini açıqlayıb. Qazaxıstan Prezidenti xalqa müraciəti çərçivəsində bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanı məğlub etmək üçün iki il lazım olacağını proqnozlaşdırır. Kasım –Jomart Tokayev 2023-cü ilə qədər pandemiyaya qarşı mübarizə üçün 1 trilyon təngə ayrılacağını bildirib.Ölkə başçısı, həmçinin Fövqəladə Hallar Nazirliyinin yenidən yaradılmasını da təklif edib.
“Təbii və texnogen fəlakətlər dövründə yaşadığımızı nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyini yenidən yaratmağın vacibliyini təklif edirəm”,- deyib.
Qeyd edək ki, 2014-cü ilin avqust ayından ölkədə FHN ləğv olunaraq səlahiyyətləri Daxili İşlər Nazirliyinə verilmişdi.
Bundan başqa prezident ölkənin yeni iqtisadi kursunun əsas prinsiplərini də açıqlayıb.
Tehsil-press.az














