İdeyasını kapitala çevirmək istəyən gənclər layihələrini “Wish.az” platformasında qeydiyyatdan keçirə bilər

İdeyasını kapitala çevirmək istəyən gənclər layihələrini “Wish.az” platformasında qeydiyyatdan keçirə bilər Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat və idarəetmə fakültəsinin məzunlarının və pedaqoji heyətinin iştirakı ilə “Wish.az” platforması haqqında onlayn təlim keçirilib.
“Global Innovations” MMC-nin qurucuları Zeynal Kərimzadə və Toğrul Rəhimlinin moderatorluğu ilə keçirilən təlimdə şirkətin perspektiv imkanları barədə məlumat verilib. Bildirilib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, ideyasını kapitala çevirmək istəyən istedadlı gənclər layihələrini “Wish.az” platformasında qeydiyyatdan keçirə bilər.
İki saat davam edən görüşdə İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı kafedrasının müdiri, Milli Məclisin deputatı Rüfət Quliyev, müəllimlər Sədaqət Əbdürrəhmanova, İlham Aslanzadə AzTU məzunlarının iqtisadiyyatın müxtəlif sahələrində yüksək vəzifələrdə çalışdığını və universitetlə əməkdaşlıqlarını davam etdirdiklərini bildiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər