Azərbaycan Texniki və Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı universitetləri əməkdaşlığı davam etdirir

Azərbaycan Texniki və Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı universitetləri əməkdaşlığı davam etdirir Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər və Azərbaycan dili və pedaqogika kafedraları ilə Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universitetinin Xarici dillər kafedrası arasında “Texniki universitetlərdə dil tədrisinin strategiyası” mövzusunda onlayn görüş keçirilib.
Görüşdə Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universitetinin Xarici dillər kafedrasının müdiri Svetlana Neşko və bu ali təhsil müəssisəsinin digər əməkdaşları xarici dillərin tədrisində müxtəlif müasir resurslardan istifadə olunması, imtahan prosesinin təşkili, dərs vəsaitlərinin mütəmadi olaraq yenilənməsi və digər mövzularda təqdimatla çıxış edib. AzTU müəllimləri də hazırda kafedralarda keçirilən islahatlar və tətbiq olunan yeniliklər barədə məlumat verib.
İştirakçılar belə mühüm görüşlərin gələcəkdə davam etdirilməsinin əməkdaşlığın genişləndirilməsində vacib rol oynayacağını bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər