Tanınmış həkim-cərrah tələbələrə onlayn təlim keçib

Tanınmış həkim-cərrah tələbələrə onlayn təlim keçib Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika, elektrotexnika və avtomatika fakültəsinin biotibbi texnologiya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri “COVID-19 bizə nə qazandırdı? - Pandemiyanın texnologiyaların inkişafındakı rolu” mövzusunda onlayn təlimdə iştirak ediblər. Təlimi Xüsusi Müalicə Sağlamlıq Kompleksinin qulaq, burun, boğaz və baş-boyun cərrahı Aydın Talışinski keçib.
Üç saat davam edən onlayn təlimdə biotibbi texnologiyaların inkişafı ilə bağlı kadr hazırlığının hazırkı vəziyyəti və perspektivləri barədə məlumat verilib. Koronavirus pandemiyası dövründə biotibbi texnologiyalardan istifadənin vacibliyi qeyd olunub.
Sonda tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər