Bakı Dövlət Universiteti distant təhsilin təşkili üçün yeni tədris ilinə hazırlıq işlərini başa çatdırıb

Bakı Dövlət Universiteti distant təhsilin təşkili üçün yeni tədris ilinə hazırlıq işlərini başa çatdırıb Bakı Dövlət Universiteti (BDU) 2020/2021-ci tədris ilinə hazırlıq işlərini uğurla başa çatdırıb.
Pandemiya dövründə distant (məsafədən) təhsilin təşkilində qarşıya çıxacaq problemlərin qarşısını almaq məqsədilə “Microsoft Teams” platformasından istifadədə çətinlik çəkən professor-müəllim heyətinin bəzi üzvləri üçün xüsusi proqram əsasında onlayn formada təlimlər təşkil edilib. Təlimlər bütün fakültələrdə tyutor əməkdaşlar tərəfindən keçirilib, bütün müəllimlərin iştirakı təmin edilib.
Təlimlər bu mövzuları əhatə edib: “MS Office” və “Windows” proqramları haqqında ümumi məlumat, təqdimatların hazırlanması və ekran paylaşımlarının təşkili, test tapşırıqlarının hazırlanması və paylaşılması, dərsin təşkili və idarə edilməsi, elektron jurnal, tədris fayllarından sinxron və asinxron istifadə işinin təşkili.
Qeyd edək ki, BDU-nun rəhbərliyi professor-müəllim heyətinin müasir informasiya-kommunikasiya texnologiyaları vasitələrindən istifadə bacarıqlarının inkişafını diqqət mərkəzində saxlayır və onların İKT biliklərinin təkmilləşdirməsi üçün mütəmadi tədbirlər həyata keçirir. Eyni zamanda, universitetdə onlayn təhsilin təşkilinin texniki təminatını həyata keçirən, yarana biləcək texniki problemlərin həlli ilə məşğul olan texniki heyət gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Tehsil-press.az

Oxşar xəbərlər