Koronavirusa ən yüksək yoluxma halının qeydə alındığı daha bir ölkə Slovakiyadır

Koronavirusa ən yüksək yoluxma halının qeydə alındığı daha bir ölkə Slovakiyadır Slovakiyada pandemiya başlayandan artıq ikinci gündür ki, rekord sayda gündəlik yoluxma halı qeydə alınıb.
Sentyabrın 19-da ölkə üzrə koronavirusa gündəlik yoluxmaların sayı 290 olub. Bir gün öncə isə bu göstərici 235 idi. Slovakiya Səhiyyə İnformasiya Mərkəzinin məlumatına görə, bu, mart ayından bəri ən yüksək göstəricidir və ölkədə virusa yoluxanların sayı 6546 nəfərə çatıb.
Son günlərdə ölkə üzrə 13 məktəb tamamilə bağlanıb, 72 məktəbdə isə infeksiya müəyyən edilən siniflər karantinə alınıb. Təhsil Nazirliyinin məlumatına əsasən, hazırda 6546 şagird karantindədir.

Tehsil-press.az

Oxşar xəbərlər