Belarusda etiraz aksiyaları, 150-dən çox saxlanılan var

Belarusda etiraz aksiyaları, 150-dən çox saxlanılan var Belarusda prezident Aleksandr Lukaşenkonun inauqurasiyasına etiraz olaraq aksiyalar keçirilib.
Axşam saatlarında Belarus paytaxtının küçələrinə Aleksandr Lukaşenkonun inauqurasiyası ilə razı olmayan 5-7 min şəxs çıxıb. Polis əməkdaşları tərəfindən su şırnağı və gözyaşardıcı qazdan istifadə edildiyi bildirilir.
“Vesna” İnsan Hüquqları Mərkəzinin yaydığı məlumata görə, müxalifətin icazəsiz etiraz aksiyası zamanı 155 nəfər saxlanılıb.
Paytaxt Minskdən əlavə, Qomel, Moqilyov, Borisov, Qrodno, Baranoviçi və ölkənin digər yaşayış məntəqələrində saxlanılanlar var.
Qeyd edək ki, Belarusda 9 avqustda baş tutan prezident seçkilərinin nəticələrinə etiraz olaraq, bir ay yarımdır ki, etiraz aksiyaları davam edir. 1994-cü ildən bu vəzifəni tutan hazırkı dövlət başçısı Aleksandr Lukaşenko qalib elan edilib. Müxalifət hakimiyyətin elan etdiyi seçki nəticələrini tanımır, onları saxta hesab edir.

Tehsil-press.az

Oxşar xəbərlər