
Bu fikirləri Zəngilan Rayon Təhsil Şöbəsinin müdiri Kənan İmaməliyev bildirib.
O vurğulayıb ki, 44 gün ərzində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. 30 ilə yaxın idi ki, Azərbaycanın torpaqlarımızın 20 faizi düşmən tapdağı altında idi. Bir milyondan çox köçkün böyük ümidlərlə və səbirsizliklə öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayırdı.
“Prezident İlham Əliyev hər zaman çıxışlarında, xarici kütləvi informasiya vasitələrinə verdiyi mühasibələrində vurğulayırdı ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Sevinirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti ilə biz bu mübarizədən qalib çıxdıq. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bu qələbə xalqımızın əzmini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Dünya gördü ki, məğlubiyyətlə heç vaxt barışmayan Azərbaycan xalqı öz qələbəsini döyüş meydanında əldə etdi”, - deyə Kənan İmaməliyev qeyd edib.
Tehsil-press.az