Azərbaycan Texniki Universiteti “Cisco” şirkəti ilə əməkdaşlıq edəcək

Azərbaycan Texniki Universiteti “Cisco” şirkəti ilə əməkdaşlıq edəcək Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Cisco” şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Sənədi rektor Vilayət Vəliyev və “Cisco” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Ramil Eyyubov imzalayıb.
Memoranduma əsasən, tərəflər AzTU-da “Cisco” Şəbəkə Akademiyasının kurslarının tətbiqi və bunun universitetin kurikulumuna inteqrasiyası, həmçinin yeni laboratoriyanın yaradılması istiqamətində əməkdaşlıq edəcək. Əməkdaşlıq çərçivəsində tədrisdə “Cisco Webex” proqramının imkanlarından istifadə olunması, müəllim və tələbələr üçün şirkətin mütəxəssisləri tərəfindən maarifləndirici seminarların təşkili də nəzərdə tutulub.
Qeyd edək ki, “Cisco” Şəbəkə Akademiyasında müxtəlif istiqamətlərdə (şəbəkə texnologiyaları (CCNA, CCNP), təhlükəsizlik və kibertəhlükəsizlik, əşyaların interneti (IoT), proqramlaşdırma və s.) kurslar keçirilir. Bu kursları bitirən müəllim və tələbələrə təqdim olunan sertifikatlar dünyanın hər yerində tanınır. Bu da gənclərin karyera əldə etməsinə imkan yaradır.

Tehsil-press.az

Oxşar xəbərlər