Trampı müdafiəyə çalışdı, özü çətin vəziyyətə düşdü - Video

Trampı müdafiəyə çalışdı, özü çətin vəziyyətə düşdü - Video ABŞ Prezidenti Donald Trampın vəkili Rudolf Culiani seçkilərdə saxtakarlıq iddiaları ilə bağlı Vaşinqtondakı Respublika Partiyasında mətbuat konfransı keçirib.
O, rəsmi olmayan nəticələrə görə Co Baydenin qalib elan edilməsinin doğru olmadığını bildirib:
“Bu, bir zəfər deyil, hiylədir. Demokratların nəzarətində olan bəzi kəndlərdə saxtakarlıq edilib. Və bunlara göz yumulub. Hamısı əvvəlcədən planlaşdırılıb. Demokratlar tərəfdarı olan bəzi hakimlər bizə düşmən kəsilib, məhkəmədə əleyhimizə qərar çıxarırlar. Bizim əlimizdə sübutlar var”.
Mətbuat konfransında Culianın çıxışından əlavə tərləyən zaman saç boyasının üzünə axması müzakirələrə səbəb olub. Kameralar tərəfindən lentə alınan həmin görüntülər sosial şəbəkələr və Qərb KİV orqanlarında gündəm olub.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib. Aparıcı Amerika KİV-ləri əldə olunan məlumatlar əsasında demokratların namizədi Co Baydenin qələbəsini elan edib. Bununla belə, hazırkı Prezident Donald Tramp öz qələbəsini məhkəmədə müdafiə etmək niyyətindədir.



Tehsil-press.az

Oxşar xəbərlər