Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Proqramçı Tələbələr Klubu fəaliyyət göstərəcək

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Proqramçı Tələbələr Klubu fəaliyyət göstərəcək Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Google” şirkətinin Proqramçı Tələbələr Klubu (Developer Students Clubs) fəaliyyət göstərəcək.
Proqramçı kimi özünü inkişaf etdirmək, müxtəlif seminar və təlimlərə qoşulmaq, həmçinin yeni insanlarla tanış olmaq istəyənlər bu təcrübə proqramından faydalana bilərlər.
Qeyd edək ki, Proqramçı Tələbələr Klubu “Google” tərəfindən tələbələr üçün ödənişsiz təşkil olunan təcrübə proqramıdır. Bu proqram daxilində tələbələr öz təhsil mərkəzləri ilə “Google” arasında əməkdaşlıq əlaqələri yaradaraq yeni tədbirlər, ideyalar, layihələr üzərində işləyib bu şirkətə təqdim etməlidirlər.
Maraqlananlar ətraflı məlumatı ADNSU-nun saytından əldə edə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər