Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan əcnəbi gənclərin sayı artır

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan əcnəbi gənclərin sayı artır Əcnəbi tələbələrin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil almağa marağı artır.
2017-2018-ci tədris ilində bu ali məktəbdə təhsil almaq üçün daha 15 iraqlı gənc Bakıya gəlib.
Həmin gənclərin təhsili üçün universitetdə bütün lazımi şərait yaradılıb.
Qeyd edək ki, hazırda ADNSU-da Türkiyə, Rusiya, Qazaxıstan, Türkmənistan, Çin Xalq Respublikası və digər ölkələrdən olan tələbələr müxtəlif ixtisaslar üzrə təhsil alırlar.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər