MDBMİ-nin həmyerlimizin rəhbərlik etdiyi kafedrası 10 illik yubileyini qeyd edir

MDBMİ-nin həmyerlimizin rəhbərlik etdiyi kafedrası 10 illik yubileyini qeyd edir Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq təbiətdən istifadə və ekologiya kompleks problemləri kafedrasına həmyerlimiz, iqtisadi elmlər namizədi Ruslan Əliyev rəhbərlik edir. Bu günlərdə həmin kafedra özünün 10 illik yubileyini qeyd edir.
MDBMİ-nin rektoru Anatoli Torkunov əlamətdar yubiley münasibətilə kafedra əməkdaşlarını təbrik edib, onlara fəxri fərmanlar təqdim edib.
A.Torkunov müraciətində vurğulayıb ki, hazırda dünyada ekologiya məsələləri: qlobal istiləşmə, iqlim dəyişmələri, ekoloji fəlakətlər çox kəskinləşib. Bu problemlər qarşıda duran bir nömrəli məsələlərdir.
On il ərzində kafedra əhəmiyyətli fəaliyyət göstərib, bu MDBMİ-nin strukturunda da nəzərə çarpır: ilk növbədə, xəbər lentində, məlumatlarda, müəllimlərin şərhlərində. Kafedra inkişaf etməkdə davam edir, gənc, bacarıqlı mütəxəssislərlə, o cümlədən kafedra məzunları arasından olan fəallarla öz sıralarını möhkəmlədir. Rektor qeyd edib ki, ekologiya həm elmi bilik sahəsi, həm də beynəlxalq əməkdaşlıq sahəsi kimi mühüm rol oynayır. Bu gün kafedranın öz ekoloji ixtisaslaşmanın genişləndirilməsi yolu ilə getməli, o cümlədən Trianon dialoqu xətti ilə beynəlxalq əlaqələr qurmalıdır.
Kafedra müdiri R.Əliyev ekologiya kafedrasının inkişafına göstərilən qayğı və diqqətə görə MDBMİ rəhbərliyinə təşəkkürünü bildirib, kafedranın bütün kollektivi adından ekoloji təhsil sahəsində yeni uğurlar qazanmağa hazır olduqlarını vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər