Amin də Vətənə gətirildi

Amin də Vətənə gətirildi Vətən Müharibəsində yaralı halda ermənilər tərəfindən əsir götürülən Amin Musayev Vətənə gətirilib.
Bunu əks etdirən foto sosial şəbəkədə yayılıb.
Fotodan göründüyü kimi, Amin Musayev həkim nəzarətindədir. Məlumata görə, o, Bakıda xəstəxanaya yerləşdirilib.
Amindən başqa, əsir götürülən bir neçə hərbçimizin də Vətənə gətirilməsi ilə bağlı məlumat yayılıb. Amma bununla bağlı hələ ki, rəsmi açıqlama yoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər