
Bu barədə “Daşnaksütyun” partiyasının ali orqanının nümayəndəsi İşxan Saqatelyan yürüş zamanı bəyanatla çıxış edib.
“Çərşənbə axşamı biz ümumi tətilə və ölkə üzrə kütləvi etiraza hazırlaşırıq. Saat 12:00-da isə parlamentin binasını mühasirəyə alacağıq”, - deyə Saqatelyan bəyan edib.
Bundan başqa, müxalifətin cümə axşamı yürüş, şənbə günü isə mitinq keçirəcəyi elan edilib.
Tehsil-press.az