Koçaryan növbədənkənar seçkilərə qatılmağı planlaşdırır

Koçaryan növbədənkənar seçkilərə qatılmağı planlaşdırır Ermənistanın eks-prezidenti Robert Koçaryan növbədənkənar parlament seçkilərində iştirak etmək niyyətindədir.
Bu barədə o, erməni mediasına müsahibəsində deyib.
“Növbədənkənar seçkilər keçiriləcəksə, öz komandamla iştirak edəcəm və qələbə qazanacam”, - deyə Koçaryan bildirib.
Keçmiş prezident onu da əlavə edib ki, indiki vəziyyətdə seçkiləri təşkil etmək olduqca təhlükəlidir. “Buna baxmayaraq, hökumət bunu anlamırsa və həyata keçirilməsində israr edirsə, müxalifət seçkilərə qatılmalıdır”, - deyə Koçaryan qeyd edib.
Sabiq prezidentin fikrincə, hakimiyyət dəyişikliyinin siyasi yolla baş verməsinə ümid tükənərsə, artıq yazda insanlar küçələrə çıxacaq və bu dəfə etiraz dalğası əvvəlkindən daha güclü olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər