
Bu barədə Ermənistanın “Datalex” məhkəmə məlumat portalında məlumat verilib. Bildirilir ki, iddianın qaldırılmasına səbəb hakim Anna Danibekyanın Koçaryanın icazəsi olmadan eks-prezidentin xəstəxanadan aldığı tibbi şəhadətnaməni oxuması və tibbi sirri açıqlaması olub.
Koçaryan qeyri-maddi ziyana görə kompensasiya olaraq 2 milyon dram (4 min dollardan çox) tələb edir. İddia avqustun 19-da hakim Armenuhi Badiryana göndərilib.
Koçaryanın vəkili Hayk Alumyan “Sputnik Ermənistan”a verdiyi müsahibədə iddia ərizəsinin səbəbinin hakim Anna Danibekyanın martın 10-da keçirilən iclasda ikinci prezidentin icazəsi olmadan gizli olan məlumatları açıqlaması olduğunu bildirib: “Medianın iştirakı ilə tibbi sirləri özündə əks etdirən sənədin tam mətnini oxudu və bunlar qanunla qorunan şəxsi məlumatlardır”.
Qeyd edək ki, Koçaryan martın 10-da keçirilən məhkəmə iclasında iştirak etməyib. Sonra hakim Anna Danibekyan “Erebuni” tibb mərkəzinin arayışını oxuyub. Arayışda ona görə ikinci prezidentə kəskin vestibulopatiya, 3-cü dərəcəli hipertoniya və ürək ritminin pozulması diaqnozu qoyulduğu qeyd olunub. Arayışda Koçaryanın xəstəlik səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyi bildirilib.
Xatırladaq ki, R.Koçaryan 1 mart 2008-ci ildə etiraz aksiyalarının dağıdılması ilə bağlı cinayət işi çərçivəsində konstitusiya quruluşunu devirməkdə ittiham olunur.
Tehsil-press.az