UNEC-in əməkdaşı beynəlxalq vebinarda çıxış edib

UNEC-in əməkdaşı beynəlxalq vebinarda çıxış edib Türkiyənin Dokuz Eylül Universitetinin təşkilatçılığı ilə “Liderlərin toplantısı: distant təhsil və COVID-19 pandemiyasının elm və ali təhsilə təsiri” mövzusunda beynəlxalq vebinar keçirilib. Tədris və təlim texnologiyaları üzrə prorektor, dosent Anar Rzayev “Pandemiya dövründə sosial elmlər sahəsində təhsil, qiymətləndirmə və tədqiqat” mövzusunda çıxış edib. O, UNEC-də distant tədrisin təşkili, bu istiqamətdə əldə olunan təcrübə, tələbələrin biliyinin qiymətləndirilməsi, virtual dekanlıq haqqında ətraflı məlumat verib. Həmçinin imtahanlarda süni intellektin istifadəsi imkanlarından, distant tədrisin təhsilin inklüzivliyinin təmin edilməsində əhəmiyyətindən danışıb.
Sonra digər ali təhsil müəssisələrinin nümayəndələrinin mövzu ilə bağlı çıxışları dinlənilib.

Tehsil-press.az

Oxşar xəbərlər