Maradonadan nə qədər miras qalıb?

Maradonadan nə qədər miras qalıb? Əfsanəvi futbolçu Dieqo Maradonanın ölümündən sonra 75 milyon funt sterlinq məbləğində mirasının qaldığı iddia edilir.
Bu barədə goal.com nəşri məlumat yayıb. Ötən ilin noyabr ayında 60 yaşında vəfat edən argentinalı keçmiş hücumçunun belə böyük məbləğdə mirasının qaldığı haqda xəbərlər olsa da, sözügedən pullardan əsər-əlamət yoxdur. Onun kiçik oğlu Dieqo Fernando bu məsələ ilə bağlı deyib:
“Atamın 75 milyon funt sterlinq mirasının olduğunu deyirlər. Amma hesablayanda görünür ki, geriyə qalan kiçik bir mənzil, köhnə bir həyət evi, iki maşın və 4 milyon sterlinqdir”.
Maradonanın vəkili isə açıqlamasında bildirib: “Maradonanın qazandığı pullar haradadır? Ümid edirəm ki, özü xərcləyib. Belə olduğu halda problem yoxdur. Amma bunu sübut edə biləcək hansısa sənəd də yoxdur”.
Qeyd edək ki, Maradona ürək tutmasından dünyasını dəyişib.

Tehsil-press.az


Oxşar xəbərlər