BDU-da “İdea” seminar klubunun növbəti təlimi

BDU-da “İdea” seminar klubunun növbəti təlimi Bakı Dövlət Universiteti (BDU) Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı nəzdində “İdea” seminar klubunun növbəti təlimi olub.
Seminarın təlimçisi Nərmin Məmmədova “Sevmək sənəti” mövzusunda çıxış edib.
Sonra iştirakçılar “sevgi” anlayışını linqvokulturoloji aspektdən təhlil edib, eşqin fəlsəfi və dünyəvi mahiyyətindən söz açıb, məşhur ədiblərin əsərlərinin əsasında dayanan sevgi motivlərindən danışıblar.
Tədbirdə “Həqiqətən, məhəbbət bir sənətdirmi?” sualı ətrafında müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər