Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib

Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı fevralın 23-na olan cədvələ uyğun yayımlanıb.
Proqramda geyim üzrə dizayner, quru inşaat ustası, bərbər-vizajist-manikürçü, aşpaz, avtomobillərin təmiri çilingəri, avtomobil sürücüsü, heyvandarlıq mütəxəssisi, sahibkarlıq ixtisasları üzrə dərslər təqdim olunub.
Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından izləyə bilərlər.

Tehsil-press.az



Oxşar xəbərlər