Əməkdar artist çəkilişdə insult keçirib, reanimasiyadadır

Əməkdar artist çəkilişdə insult keçirib, reanimasiyadadır Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Pərviz Bağırov xəstəxanaya yerləşdirilib.
Bu barədə rejissor Şəhriyar Zeyni instaqramda məlumat verib.
Onun sözlərinə görə, P.Bağırov fevralın 27-də çəkiliş vaxtı beyin insultu keçirib, hazırda 5 saylı Şəhər Klinik Xəstəxanasının Reanimasiya şöbəsindədir.
“Hər kəsdən dua etməyi və bacardıqca köməklik etmələrini xahiş edirəm”, - rejissor paylaşımında yazıb.

Tehsil-press.az

Oxşar xəbərlər