BDU-nun Pakistan universiteti ilə əlaqələri müzakirə olunub

BDU-nun Pakistan universiteti ilə əlaqələri müzakirə olunub Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Pakistan İslam Respublikasından gələn nümayəndə heyəti ilə görüşüb.
Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm, Kayde-Əzəm Universitetinin professoru Zəfər Navaz Jaspal və digər şəxslərin iştirak etdiyi görüşdə E.Babayev ölkələrimiz arasında əlaqələrin, o cümlədən təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən danışıb.
Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm öz ölkəsi ilə Azərbaycan arasındakı əlaqələrin mədəni irs, qlobal və regional məsələlərlə bağlı göstərdikləri həmrəylik və beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunduğunu deyib.
Sonra qurumlar arasında əməkdaşlıq əlaqələri və perspektivləri müzakirə edilib.
Pakistanlı qonaqlara BDU-nun fəaliyyəti, universitetdə həyata keçirilən layihələr və proqramlar barədə məlumat verilib. Eyni zamanda, Kayde-Əzəm Universiteti ilə birgə tədbirlər keçirilməsi, tələbə-müəllim mübadiləsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Tehsil-press.az


.

Oxşar xəbərlər