Texniki Universitetdə tədbir: Azərbaycan qadını - həyatın əbədi gözəlliyi

Texniki Universitetdə tədbir: Azərbaycan qadını - həyatın əbədi gözəlliyi Azərbaycan Texniki Universitetində (AzTU) 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Azərbaycan qadını - həyatın əbədi gözəlliyi” mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə çıxış edən rektor Vilayət Vəliyev Azərbaycanda dövlətin qadınlara göstərdiyi diqqət və qayğıdan danışıb. Qeyd edib ki, pedaqoji kollektivin üzvü olan qadınlar bu gün universitetin ictimai həyatında fəal iştirak edir, tədris prosesinin təkmilləşdirilməsində, gənclərin texniki elmlərə daha dərindən yiyələnməsində, gələcəyin bacarıqlı, hazırlıqlı, yüksək intellektə malik mühəndis kadrlarının hazırlanmasında səylərini əsirgəmirlər.
Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasının məsləhətçi professoru Elman Məmmədov, Xarici dillər kafedrasının dosenti, Əməkdar müəllim Tamilla Hüseynova, Humanitar fənlər kafedrasının dosenti Afaq Əsgərova və digərləri bu əlamətdar gün münasibəti ilə qadınları təbrik edib, onlara uğurlar arzulayıblar.
Tədbir tələbələrin hazırladığı bədii hissə ilə davam edib.

Tehsil-press.az


Oxşar xəbərlər