ADU-da 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

ADU-da 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib Martın 7-də Azərbaycan Dillər Universitetində (ADU) 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş nitqi ilə açıq elan edən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla universitetin xanım əməkdaşlarının timsalında bütün Azərbaycan xanımlarını təbrik edərək onlara uzun ömür və cansağlığı arzulayıb.
Kamal Abdulla Azərbaycan qadınlarının tarix boyu böyük işlər gördüyünü vurğulayaraq qeyd edib ki, sivilizasiyanın formalaşması və cəmiyyətin inkişafında qadınların çox böyük rolu olub.
Tədbir ADU tələbələrinin hazırladığı musiqi və “Dalğa” rəqs ansamblının rəqs nömrələri ilə başa çatıb.

ADU-nun Mətbuat Xidməti


ADU-da 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilibADU-da 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilibADU-da 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

Oxşar xəbərlər