
Xəzər Universitetinin tələbələri ikili dərəcə proqramı üzrə yüksək nəticələr əldə ediblər. Belə ki, Sənan Qədirov yüksək bal toplayaraq 2019-2020-ci tədris ilində kompüter mühəndisliyi (bakalavr) ixtisası üzrə ən yaxşı tələbə seçilib. Nicat İsmayılov isə 2019-2020-ci tədris ilində maksimum bal toplayaraq "Liderlik və Strateji İnsan Resurslarını İdarəetmə" (Leadership and Strategic Human Resource Management) mövzusu üzrə tezisini uğurla müdafiə edib və beynəlxalq biznesin idarə edilməsi üzrə bakalavr dərəcəsi alıb. Nicat İsmayılov hazırda Portuqaliyanın Lissabon Universitetində magistratura təhsili alır.
Tehsil-press.az