
Bu barədə hərəkatın koordinatoru İşxan Saqatelyan bildirib.
“Görüş bizim təqdim edəcəyimiz gündəlik əsasında, Milli Məclisin binasında açıq formada və birbaşa canlı yayımlanmaqla keçirilməlidir. Böhrandan çıxmaq üçün yol xəritəmizi də təsdiqləmişik:. Baş nazirin istefası, müvəqqəti hökumətin qurulması, erkən parlament seçkiləri”, - deyə Saqatelyan şərtlərini irəli sürüb.
Xatırladaq ki, Armen Sarkisyan ölkədəki siyasi böhranı həll etmək üçün baş naziri, parlamentin bütün fraksiyalarının liderlərini və “vətənin xilası hərəkatı”nın nümayəndələrini martın 13-də görüşə dəvət etmişdi.
Tehsil-press.az