
Londonda minlərlə qadın Sarah Everardı anmaq və qadınlara qarşı şiddətə etiraz etmək üçün Parlamentin qarşısında toplanıblar, müxtəlif şüarlar səsləndiriblər.
Everard, keçən həftə Londonun cənubundakı Klapham bölgəsindəki bir dostunu ziyarət etdikdən sonra axşam evinə qayıdarkən gedərkən itkin düşüb. Onun cəsədi günlər sonra ölkənin şərqində yerləşən Kent meşəsində tapılıb.
Hadisə ilə əlaqədar bir polis məmuru saxlanılıb. 48 yaşlı polis məmuru Vayne Kouzens qətldə ittiham olunur.
Tehsil-press.az