Gələn ildən məktəblərdə monitorinq inspeksiyaları aparılacaq
Məktəblərdə monitorinq inspeksiyalarının növbəti ildən başlayaraq keçirməyi düşünürük. Hesabatları ictimaiyyətə açıq şəkildə təqdim edəcəyik. Hamı məktəblərdə nə baş verdiyini görməlidir. Müşahidələri şəffaf şəkildə paylaşacağıq.
Bu fikirləri təhsil naziri Emin Əmrullayev “Facebook” hesabı üzərindən canlı yayımda “Təhsilin keyfiyyətinə təsir edən amillər” mövzusunda sualları cavablandırarkən deyib.
Nazir qeyd edib ki, eyni zamanda, direktorlar üçün təlimlərin keçirilməsi də vacib məsələdir.
Tehsil-press.az
- Baxış: 5742
Xəbərin tarixi: 19.03.2021 / 09:11
-
Oxşar xəbərlər